Vətən qazilərimizlə Vətən kimi rəftar edin – HƏR KƏS OXUSUN!

Vətən qazilərimizlə Vətən kimi rəftar edinHƏR KƏS OXUSUN!

Hazırda oxunan: Vətən qazilərimizlə Vətən kimi rəftar edinHƏR KƏS OXUSUN!

4625

Etika əlil və sağlamlıq imkanları məhdud olan insanlara kommunikasiya maneələrini aradan qaldıran, mənəvi ziyan vurmamağa imkan verən bir vasitədir. Sadə olmasına baxmayaraq insanlar bu haqda az bilir. 

Xüsusən Qarabağ Vətən müharibəsi zamanı igid əsgərlərimizin yaralı və sağlamlıq məhdudiyyəti ilə geri dönüşünə cəmiyyətimiz yüksək səviyyədə hazır olmalıdır. Mərhəməti daxilimizdə yaşayaraq, fəxr və dərin ehtiram hisslərindən doğan yanaşma nümunəsi ən doğrusudur.

Əlil arabası ilə olan şəxslə ünsiyyət qurursunuzsa göz səviyyəsi bərabər olmalıdır. Söhbətin ilk dəqiqələrinən imkan varsa siz də üzbəüz əyləşin. Unutmayın ki, hər hansı bir fərdi cihaz (əlil arabası, qoltuq ağacı və s.) insann şəxsi toxunulmazlıq zonasına daxildir. Onlardan icazə almadan arabalarına toxunmayın, söykənməyin, itələməyin. İcazəsiz yardım niyyəti ilə belə olsa bunu etmək olmaz, bu sizin çantanızın soruşmadan kimsə əlinizdən alıb, daşınmasına bənzəyir. Kömək etmədən öncə buna ehtiyac olub, olmadığını soruşun.

Görmə qabiliyyətini tam itirənlər təxmini 10 faiz təşkil edir , digərləri işığı-kölgəni, obyektin konturunu ayıra bilir. Bunları doğru yardım üçün ünsiyyət zamanı ayırd edə biləsiniz. Yardım etdiyiniz zamanı istiqamətləndirin , əlini bərk sıxmayın və əsla arxanızca dartmayın. Görmə qabiliyyəti məhdud olanları əyləşdirərəkən, əllərini oturacağın arxalığına söykədin. Bu halda, özü də əyləşə biləcək. 

Əlil və sağlamılıq imkanları məhdud insanlara birinci özlərinə müraciət edin, yanında olan yardımçısı ilə ünsiyyətdə olub, ona diqqət yetirməmək doğru deyil. Görməsə belə özünüzü və yanınızdakıları təqdim edin.

Eşitmə qüsurlu insanlarla ünsiyyət zamanı onun gözlərinə qarşısına keçin, simanız açıq və aydın görünməlidir. Əsla qışqırmayın, adını çəkdiyiniz halda heç bir reaksiya yoxdursa, diqqəti cəlb etməkdən ötrü yüngülcə çiyin arxasına toxuna bilərsiniz. Çox zaman eşitmə qabiliyyəti olmayan insanlar işarə dilindən istifadə edir. Tərcüməçi olduğu halda siz tərcüməçiyə deyil, ünsiyyəti birbaşa həmsöhbətinizə yönəltməlisiniz.

Danışıqda çətinlik çəkən insanlarla ünsiyyət zamanı onları səbrlə sona qədər dinləyin, tələsdirməyin, sözü bitdiyindən əmin olduğunuz halda siz davam edə biləsiniz. 

Vətən uğrunda yaralanan, əlil və sağlamlıq məhdudiyyəti olan igidlərimizə dərin hörmət və ehtiramı, hər cür öncüllükləri onlara tanıtmağımızla bildirə biləcəyik. 

Hər bir iş adamı, məmur, sadə vətəndaş xidmətlərində, istirahət mərkəzlərində, tədris ocaqlarında, tikintidə, ümüumiyyətlə həyat təzimizdə qazilərimizin rahatlığını düşünməlidirlər. Onlar bizim evimizdə, süfrəmizdə, iş yerlərimizdə və bütün növ xidmətlərimizdə sırasız öncül yerləri tutmalıdırlar.

Günel İbrahim, Etika Akademiyasının direktoru, 
Xüsusi olaraq Bizim.Media üçün


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO