Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş vəfat etdi

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş vəfat etdi

Hazırda oxunan: Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş vəfat etdi

46234

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov koronavirusdan dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, Seyfəddin Qurbanov bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı.

Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.

1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür.

Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir.
 

2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır.


2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO