Dünya çempionumuz 7 il həbs cəzası ala bilər - FOTO

Dünya çempionumuz 7 il həbs cəzası ala bilər - FOTO

Hazırda oxunan: Dünya çempionumuz 7 il həbs cəzası ala bilər - FOTO

46123

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses noyabrın 18-nə təyin edilib.

İttihama görə, F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO