Kamil Zeynallı bu gün vəfat edən qazi ilə videosunu paylaşdı: Ondan xahiş edib ki... - VİDEO

Kamil Zeynallı bu gün vəfat edən qazi ilə videosunu paylaşdı: Ondan xahiş edib ki... - VİDEO

Hazırda oxunan: Kamil Zeynallı bu gün vəfat edən qazi ilə videosunu paylaşdı: Ondan xahiş edib ki... - VİDEO

46089

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi İslam Əlizadə səhər saatlarında vəfat edib.

Bizim.Media xəbər verir ki, idmançı Kamil Zeynallı döyüşlərdə yaralanan qazinin beyninə qan sızması nəticəsində vəfat etdiyini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vətən müharibəsi qazisi vəfat etdi


O, İslam Əlizadənin döyüşlər vaxtı ona zəng edərək övladı üçün xahiş etdiyini bölüşüb:

“Döyüşlərin qızğın vaxtı  mənə zəng etdi ki, bu gün övladımın ad günüdür. Onu təbrik edə bilərsən? Dedim, baş üstə. Dostum Samirə tapşırdım, hədiyyə alıb atası adından uşağı təbrik elədi. Zəng edib dedik ki, narahat olma, sənin də, öz adımızdan da təbrik etmişik övladını, çox sevindi”.

Kamil döyüşlər başa çatdıqdan 11 ay sonra İslam Əlizadə ilə görüşdüyü videonu paylaşıb.

“Məni restoranda görüb yaxınlaşdı və soruşdu ki, “məni tanıdın?”. Dedim “yox”. Dedi ki, “döyüş gedən vaxt sənə zəng edib övladımın ad günü olduğunu demişdim, sən də təbrik etmişdin. Həmin oğlan mənəm…”

Kamil sonda həmin oğlanın bu gün vəfat etdiyini yazıb.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO