2050-ci ilə qədər XƏZƏR sürətlə geri çəkiləcək – SƏBƏB nədir? - Coğrafiya İnstitutundan AÇIQLAMA 

2050-ci ilə qədər XƏZƏR sürətlə geri çəkiləcək – SƏBƏB nədir? - Coğrafiya İnstitutundan AÇIQLAMA 

Hazırda oxunan: 2050-ci ilə qədər XƏZƏR sürətlə geri çəkiləcək – SƏBƏB nədir? - Coğrafiya İnstitutundan AÇIQLAMA 

46065

“Xəzərin səviyyəsinin azalması 2050-cı ilə qədər davam edəcək”.

Bunu Bizim.Media-ya Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Çoğrafiya İnstitunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri Əmir Əliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzəri daha çox hansı ölkə çirkləndirir? – SİYAHIDA Ermənistan və Gürcüstan da var


O, hazırda baş verən dəyişikliyin mövsümü azalma olduğunu bildirib: 

“Xəzər dənizinin səviyyəsi yanvar-fevralda dəyişmir. Apreldən başlayaraq iyun ayına qədər qarın əriməsi, çaylarda sululuğun artması ilə bağlı olaraq artır. İyundan başlayaraq yanvara kimi isə azalır. Mövsümü azalmanın səviyyəsi adətən 30-35 santimetr olur”.

Əmir Əliyev bildirib ki, mövsümü azalma ilə yanaşı Xəzər dənizinin səviyyəsində həm də illik azalma müşahidə olunur: 

“1977-ci ildən 1995-ci ilə qədər dənizin səviyyəsi 2,5 metr artıb. 1995-dən isə mütəmadi olaraq aşağı düşür, bu azalma təxminən 1,5 metrə bərabərdir. 2015-ci ildən indiyədək səviyyə 1 metrdən çox aşağı düşüb”.

Professor bildirib ki, Xəzərin səviyyəsinin azalması davam edəcək: 

“Bu proses 2050-ci ilə qədər davam edəcək. İndikindən 2-3 metrə qədər azala bilər. Səbəb isə odur ki, qlobal iqlim dəyişkənliyi, atmosferdə baş verən dəyişikliklər Xəzərin su toplama hövzəsinə rütubəti az miqdarda gətirir. Xəzərə 80-85 faiz suyu Volqa çayı gətirir. Volqa və Uralda azalma olduğu üçün Xəzərin səviyyəsində də azalma gedir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO