Toydan yazan Ramiz Mehdiyev Qələbədən niyə yazmadı?

Toydan yazan Ramiz Mehdiyev Qələbədən niyə yazmadı?

Hazırda oxunan: Toydan yazan Ramiz Mehdiyev Qələbədən niyə yazmadı?

4601

Sosial şəbəkələrdə II Qarabağ Savaşı zamanı əldə etdiyimiz Böyük Zəfərlə bağlı keçmiş məmurların fəaliyyətsizliyi də diqqətdən qaçmayıb. İstifadəçilər sual edir ki, bir zaman böyük dövlət vəzifələrini icra edən məmurlardan nə müharibə dövründə, nə də sonra niyə səs çıxmadı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Bizim.Media-ya açıqlamasında nə müharibə dövründə, nə də qazandığımız qələbə zamanı bir çox məmurların fəallığını görmədiyini, adi bir yazı yazmadıqlarını, paylaşım etmədiklərini bildirib. 

“Götürək elə Ramiz Mehdiyevi, toy məsələsində bütün cəmiyyətə müharibə elan etmişdi” deyən politoloq əlavə edib ki, hətta məhkəməyə verəcəyi şəxslər arasında mənim də adımı çəkirdi: 

“Toy məsələsindən bir xeyli yazı yazdı. Amma 44 günlük müharibə, Azərbaycan Ordusunun uğurları,Türkiyənin bizə verdiyi dəstək, qələbəmizlə bağlı bir yazısını belə görmədim. Əgər sən bu qədər cəmiyyət barədə düşünürsənsə, əsas məsələ haqqında da fikrlərini bildirərdin. O cümlədən də digərlərinin, düzdür Əli Həsənovun bir neçə statusuna rast gəldim, o da müharibənin son günlərində idi”.

Məsələ ilə bağlı Bizim.Media ictimaiyyətin fikirlərinə açıqdır. Müzakirələrimizi davam etdiririk.

Ağanisə Sultan, Bizim.Media         
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO