Bakıda qonşular əvvəl yeyib-içdilər, sonra qan düşdü - TƏFƏRRÜAT

Bakıda qonşular əvvəl yeyib-içdilər, sonra qan düşdü - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda qonşular əvvəl yeyib-içdilər, sonra qan düşdü - TƏFƏRRÜAT

45949

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərbə vurmaqda ittiham olunan Bakı şəhər sakini, 51 yaşlı Rafiq Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hadisə ötən il avqustun 7-də paytaxtın Xətai rayonu, Neapol küçəsi, 9 saylı ünvanda baş verib.

Birlikdə spirtli içki qəbul edən qonşular arasında mübahisə düşüb. Mübahisə qansız ötüşməyib. Bıçağa əl atan R.Cəfərov polisə, yaralı qonşu isə xəstəxanaya aparılıb.

Təqsirləndirilən R.Cəfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Virtualaz.org-un məlumatına görə, o, ifadəsində qonşusu Tərlan Ələkbərovla hadisə baş verən günə qədər aralarında narazılıq, ədavət, düşmənçilik olmadığını deyib: 

“Həmin gün qonşum Cahidlə birgə binanın arxasındakı bağ sahəsində yemək yeyib spirtli içki qəbul etmişdik. Sonra binanın qarşısındakı mərasim evinin yanına gəldik, skamyada əyləşdik, pivə içməyə başladıq. Bir qədər sonra digər qonşumuz Tərlan və İsgəndər də gəldilər, birlikdə söhbət etdik”.

Təqsirləndirilən şəxs Tərlan Ələkbərov söhbət əsnasında kobud tərzdə ucadan danışmağa başladıqda ona iradını bildirib, danışıqlarına fikir verməsini təklif edib:

“Cavab qaytaranda sifətindən vurdum, ünvanıma söyüş söydü. Nalayiq ifadələr işlətməsindən əsəbləşdim. Mərasim evinə bitişik olan otaqdan bıçaq götürüb Tərlanın sinəsindən vurdum. Tərlan qaçıb oradan uzaqlaşdı. Bıçağı zibil qabına atdım. Bir qədər sonra polis əməkdaşları tərəfindən saxlanıldım”.

Zərərçəkmiş Tərlan Ələkbərov ifadəsində göstərib ki, axşam saatlarında qonşularının binanın qarşısında pivə içdiklərini görüb, yanlarına gəlib, onlara qoşularaq pivə içib. Digərlərinə nisbətən içkinin təsirindən tez sərxoş olduğundan qonşularla uca səslə danışmağa başlayıb.

Qonşusu R.Cəfərov ona “sakit ol, camaatın dincliyini pozma, alçaqdan danış, səndən də başqa adam var” desə də, deyilənlərə məhəl qoymayıb:

“Rafiqin sözləri xoşuma gəlmədi, mübahisə etdim, ünvanına söyüş söydüm. Məndən söyüş söyməməyi tələb etdi. Sərxoş olduğum üçün fikir vermədim, söyməyə davam etdim. O, da sakitləşmədiyimi görüb mərasim evinə getdi. Tez geri qayıdıb “artıq bəsdir bu qədəri” deyib bıçaqla sinəmdən vurdu. 3 saylı şəhər xəstəxanasına gəldim, orada mənə tibbi yardım göstərdilər”.

Məhkəmənin hökmü ilə Rafiq Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO