Türkiyəli deputat Quba Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Türkiyəli deputat Quba Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Hazırda oxunan: Türkiyəli deputat Quba Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

45866

Bu gün Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti Qubaya səfər edib.

Bizim.Media xəbər verir ki, Şamil Ayrımı Quba səfərində Milli Məclisin bir qrup üzvü müşayiət edib.

Qonaqlar əvvəlcə Quba İH-nin başçısı Ziyəddin Əliyevlə görüşüb. Rayon rəhbəri Quba haqda türkiyəli deputatlara geniş məlumat verib.

Daha sonra qonaqlar Quba Şəhidlər Xiyabanına və Azərbaycan-Türkiyə qardaşlıq parkına baş çəkiblər.

Şəhidlərin ruhu ehtiramla yad edilib.

Şamil Ayrım qardaşlıq parkını çox bəyəndiyini deyib.

Aytəkin Alxaslı,  Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO