Noyabrın 26-da Bakıda “Qara cümə” olacaq - Şəbəkələrin SİYAHISI 

Noyabrın 26-da Bakıda “Qara cümə” olacaq - Şəbəkələrin SİYAHISI 

Hazırda oxunan: Noyabrın 26-da Bakıda “Qara cümə” olacaq - Şəbəkələrin SİYAHISI 

45853

Bu il Azərbaycanda bir sıra mağazalar, ticarət mərkəzləri “Qara cümə” elan edəcək.

Qeyd edək ki, dünyada hər il noyabr ayının son cümə günü “Black friday” yəni “Qara cümə”adı altında məhsullara xüsusi endirimlər təşkil edilir. “Qara” sözündən çəkinənlər bəzən günü, “möhtəşəm cümə”, “sərfəli cümə”, “super cümə” adlandırırlar. 
 

Son illərdə Azərbaycanda da bu ənənə yaranıb. Doğrudur, ötən il məhdudiyyətlər nə “qara” nə də “ağ” cümələrin yada düşməsinə imkan vermədi, amma bu il ticarət şəbəkələri endirimlərə hazırlaşmaqdadır.


Bu Bizim.Media-nın apardığı sorğunun nəticəsində məlum olub.

“Ganjlik Mall” (Gənclik mall) Ticarət Mərkəzindən bildirilib ki, noyabrın 26-da mərkəzdə “Black friday” həyata keçiriləcək.

Qeyd edək ki, bu ticarət mərkəzində “Zara”, “Lacoste”, “İdeal”, “DeFacto”, “United Colors of Benetton” kimi brent şəbəkələrin mağazaları yerləşir.

“LC Waikiki” “Qara Cümə” elan etməyəcək. Belə ki, məşhur şəbəkənin mağazalarının hər həftə, həftənin çərşənbə günləri endirim etdiyi və mağaların qarşısında bu barədə elanın verildiyi bildirilib. 
 

“Kontakthome”da hələ ki, “Qara Cümə” ilə bağlı qərar verilməyib. Qeyd olunub ki, endirim kampaniyaları olanda  mağazanın saytında və sosial şəbəkə ünvanlarında bu haqda elan verilir. 


”28 Mall” Ticarət Mərkəzində hələ ki, ümumi “Black friday”-lə bağlı qərar verilməyib. Amma Mərkəzdə yerləşən mağazaların ayrı-ayrılıqda noyabrın son cümə günü endirimə hazırlaşdığı məlum olub.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO