Bakı Dövlət Sirkində ZƏFƏR sərgisi təşkil olundu - FOTO

Bakı Dövlət Sirkində ZƏFƏR sərgisi təşkil olundu - FOTO

Hazırda oxunan: Bakı Dövlət Sirkində ZƏFƏR sərgisi təşkil olundu - FOTO

45852

Bakı Dövlət Sirkində Zəfər sərgisi təşkil olunub. Sərgi Bakı Dövlət Sirkinin təşəbbüsü  ilə gerçəkləşib.

Bizim.Media xəbər verir ki, Bakı Dövlət Sirkinin orkestr heyəti “Heyratı -Zərb” muğamını ifa edərək sərginin açlışını edib.

Sərgiyə Dövlət Rəsm Qaleriyası və Caspian Awards (Kaspian Avards) da dəstək verib.

“Zəfər rəssamların gözü ilə” sərgisinin əsas ziyarətçiləri şəhid və qazi ailələri olub.

44 günlük Vətən savaşında iştirak edən qəhrəmanlarımız döyüş təsüratlarını qonaqlarla bölüşüblər.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov tədbirdə iştirak edən şəhid və qazi ailələrinə  təşəkkürünü bildirib və onları “Hünər Meydanı” adlı sirk proqramına baxmağa dəvət edib.

Bundan başqa, “Şəhid övladlarının Zəfər Sədası”  xor dəstəsi də sərgi iştirakçıları üçün öz kliplərini təqdim ediblər. Onların layihə rəhbəri  Həcər Əkbərova  da sərgidə  fikirlərini bölüşüb.

Tədbir iştirakçıları arasında Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf  Umud da çıxış edib.

Sərgiyə “ASAN” Könülülər Təşkilatının “Əsgərə məktub” layihəsi də dəstək verib, ziyarətçilər və Bakı Dövlət Sirkinin kollektivi əsgərlərimizə məktub yazıblar.

Qeyd edək ki, sərgidə mövzusu Zəfər Günümüzdən bəhs edən 15-ə yaxın peşəkar rəssamların əsərləri sərgilənib.

Xatırladaq ki, Bakı Dövlət Sirki  Zəfər Günü ilə əlaqədar olaraq  silsilə tədbirlərə start verib.

Bu tədbirlər sırasında “Dəmir yumruq” kompozisiyasının təqdimatı, Zəfər Yürüşü də yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO