Bakı metrosunda növbəti NASAZLIQ - RƏSMİ 

Bakı metrosunda növbəti NASAZLIQ - RƏSMİ 

Hazırda oxunan: Bakı metrosunda növbəti NASAZLIQ - RƏSMİ 

45845

Bakı metrosunda növbəti nasazlıq yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında metronun "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yarandığını deyib.

Onun sözlərinə görə qatara texniki baxış keçirilməsi zərurəti yarandığı üçün "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb.

Qatar, ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib. Əvəzinə xəttə qatar verilib. Bir dəqiqəlik yubanma olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO