“Azəriqaz” rəhbərindən işçilərinə SƏRT TƏPKİ - “Özü ilə 3-5 sayğac götürüb, abonentə “dəyişməlidir” deyir” - VİDEO

“Azəriqaz” rəhbərindən işçilərinə SƏRT TƏPKİ - “Özü ilə 3-5 sayğac götürüb, abonentə “dəyişməlidir” deyir” - VİDEO

Hazırda oxunan: “Azəriqaz” rəhbərindən işçilərinə SƏRT TƏPKİ - “Özü ilə 3-5 sayğac götürüb, abonentə “dəyişməlidir” deyir” - VİDEO

45824

Qaz sayğacları dəyişdirilən və ya yenilənən zaman tam ixtiyar abonentə məxsusdur.

Vətəndaşlar smart kart tipli sayğacı da, sonradan ödəmə edilən mexaniki sayğacı da seçə bilərlər.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xəzər Xəbərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz”ın “Açıq qapı” aksiyası: suallar baş direktora ünvanlandı


Onun sözlərinə görə, 5 ildən bir əhali üzrə sayğaclar dövlət yoxlamasına çıxarılır. Bundan sonra sayğac seçimi abonentin ixtiyarındadır. Bu günə kimi sözügedən məsələ ilə bağlı bəzi neqativ hallar aşkarlanaraq qurum tərəfindən ciddi tədbirlər görülüb.  Baş direktor bu məsələdə əsasən yerli əməkdaşları günahlandırıb:

“Yerli əməkdaş abonenti məlumatlandırmır. O sahəyə çıxdıqda özü il 3-5 sayğac götürüb ki, dəyişməlidir. Həmin qəza xidmət maşınında hansı sayğac varsa, abonentə ancaq onu təklif edir və başqa sayğacın olmadığını bildirir. Abonent bu məsələdə haqqını tələb etməlidir və seçim birbaşa onun ixtiyarındadır”.

Qazlaşdırılmayan ərazilərdə yaşayan vətəndaşlara gəlincə, baş direktor onların öz mənzillərinə qaz çəkdirməkdə sərbəst olduqlarını bildirib. Onun sözlərinə görə, proses lisenziyalı təşkilat vasitəsilə həyata keçirilə bilər:
 

“Nə qədər vətəndaş var ki, yığışır və qazlaşmanı həyata keçirir. Sayğac biz tərəfdən verilir və texniki iş ödənişsizdir. Amma material və qaz çəkilməsi üçün digər xərcləri vətəndaş üzərinə götürür. Bu işlər təşkilatla razılaşdırılır və mərkəzləşmiş formada müqavilə bağlanır. 


Ruslan Əliyev bildirib ki, hazırda 900-ə yaxın yaşayış massivi qazlaşdırılmayıb. Bunlardan 500-nün qazlaşdırılması qurum tərəfindən həyata keçirilsə də, digər 400-ü ucqar dağ kəndində yerləşdiyindən, prosesi icra etmək hələki, mümkün deyil.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO