Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

45810

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi geyimdən sui-istifadə edənlər yenə ARTIB - Cəza SƏRTLƏŞDİRİLİR? 


Məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 noyabr Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. 

Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə M.Rzayev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO