Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edib.
Bizim.Media xəbər verir ki, Komitənin sədr müavini Aynur Sofiyevanın sözlərinə görə, Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası 10 gündür ki, açılıb, amma mərkəz 10 ildir fəaliyyət göstərir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 1-də açılışda iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır".
Komitə rəsmisi bildirib ki indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən yararlanıb:
"2021-ci ilin 9 ayı ərzində isə 522 nəfər mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb" - deyə Aynur Sofiyeva əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:09 / 12.11.2021
İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası necə fəaliyyət göstərir? - DETALLAR - FOTO
Hazırda oxunan: İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası necə fəaliyyət göstərir? - DETALLAR - FOTO
Hazırda oxunan: İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası necə fəaliyyət göstərir? - DETALLAR - FOTO
0:00
0:00
45714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.