Gəncədə ağacəkmə aksiyasına yekun vurulub

Gəncədə ağacəkmə aksiyasına yekun vurulub

Hazırda oxunan: Gəncədə ağacəkmə aksiyasına yekun vurulub

45682

Moderator.az xəbər verir ki, Gəncədə H.Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan ağacəkmə kampaniyasına yekun vurulub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində H.Əliyevin adını daşıyan park- kompleksdə 91 mininci ağacı əkib.

Ağacəkmə aksiyası şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl, Şəmkir yolu, Yevlax istiqamətlərində girişlərində 91 min şam və çinar  ağacları əkilib. Həmin ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb. Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, idarə, müəssisə, ictimai birliklər və gənclər təşkilatları yaxından iştirak ediblər.

Ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılan tinglərə  aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular qurlaşdırılıb.

 

 


Gəncədə ağacəkmə aksiyasına yekun vurulub Gəncədə ağacəkmə aksiyasına yekun vurulub Gəncədə ağacəkmə aksiyasına yekun vurulub Gəncədə ağacəkmə aksiyasına yekun vurulub Gəncədə ağacəkmə aksiyasına yekun vurulub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO