“Məktəblinin dostu”na SƏRT TƏNQİD - “Xəbərçiliklə məşğuldurlar”

“Məktəblinin dostu”na SƏRT TƏNQİD - “Xəbərçiliklə məşğuldurlar”

Hazırda oxunan: “Məktəblinin dostu”na SƏRT TƏNQİD - “Xəbərçiliklə məşğuldurlar”

45593

5 ildir ki, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə “Məktəblinin dostu” pilot layihəsi fəaaliyyət göstərir. Məqsəd valideyn-məktəb və şagird üçbucağı arasında birbaşa münasibət yaratmaq, onları birləşdirən əsas amil üzrə xidmət göstərməkdir. Ekspertlərin fikrincə bu layihə dünyanın bir çox ölkələrində uğur qazansa, da Azərbaycanda hələki effektiv nəticəyə varmayıb. Əslində təhsil iştirakçılarına psixoloji və pedaqoji dəstək nümayiş etdirməli olan bu sahə yönünü başqa istiqamətdə qurub və nəticə etibarilə heç bir işə yaramır.

Təhsil ekspertləri hesab edir ki, “Məktəblilərin dostu” təyinatının əvəzinə psixoloqların fəaliyyətini genişləndirmək daha məqsədəuyğundur. 
 

MÖVZU İLƏ BAĞLI:

Tələbəni təhqir edən direktor üzr istədi


Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov “Məktəblinin dostu” layihəsini biabırçı və uğursuz sahə kimi dəyərləndirib.

Onun sözlərinə görə bu layihə təmsilçiləri məktəblərdə xəfiyyəçilik və xəbərçiliklə məşğuldur:

“Bu layihə yaradılanda qeyd olunmuşdu ki, “Məktəblinin dostu” təhsil iştirakçılarına pedaqoji və psixoloji məsləhətlər verəcək. “Məktəblinin dostu”nda təmsil olunan gənclərin heç birinin nə psixoloji, nə də pedaqoji təcrübəsi var. Heç təhsilləri də buna imkan vermir. Belə olan halda onlar təhsil iştirakçılarına hansı istiqaməti verə bilərlər? Bu, biabırçı bir layihədir və məktəbdə baş verənləri yuxarı orqanlara xəbər vermək məqsədilə yaradılıb. Agentura şəbəkəsidir. Ümumi respubllika üzrə 400 məktəbli dostu 400 min şagirdi necə idarə edə bilər?”

Ekspert effektsiz bir layihənin bağlanması zərurəti yarandığını dilə gətirib:

“Bu layihə başlayan gündən uğursuzdur. Ümid edirəm ki, bu fəaliyyət yaxın vaxtlarda dayandırılacaq. Əlbəttə ki, məktəblərdə baş verən xoşagəlməz olayların qarşının alınması, hadisələrə anında psixoloji yardım edilməsi üçün psixoloqlara önəm verilməsi daha məqsədəuyğundur”.

Qeyd edək ki, hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO