Bu gün Xaçmaz rayonunda Vətən Müharibəsinin Şuşada əbədiyyətə qovuşmuş şəhidi Kərəm Veysovun vəfatının ildönümü qeyd edilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə 23 yaşlı Kərəmin Qobuqırağı kəndindəki məzarı ziyarət edilib.
Sonra keçirilən anım mərasimində tanınmış idmançı, kikboksinq üzrə dünya çempionu Kərəm Veysovun şərəfli döyüş yoluna nəzər salınıb.
Bildirilib ki, cəbhəyə könüllü gedən Kərəm döyüşlərdə həm silahla,həm də əli ilə düşmənləri boğub öldürürmüş.
Bu şücaətinə görə döyüşçü dostları ona "Canavar” ləqəbini veriblərmiş. Son zəngində valideynlərinə çox vacib döyüşlərə getdiyini deyən Kərəm 2020 -ci il noyabr ayının 7-də şəhid olub.
Kərəm Veysovun anım mərasiminə hərbçilər, qazilər, yerli İH əməkdaşları, ictimaiyyət nümayəndələri ilə yanaşı Ağ Partiyasının sədri Tural Abbaslı da qatılıb.
Aytəkin Alxaslı, Bizim.Media