Məktəblərdə payız tətili olacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

Məktəblərdə payız tətili olacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

Hazırda oxunan: Məktəblərdə payız tətili olacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

45578

Təhsil Nazirliyi payız tətili ilə bağlı məsələyə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, nazirlik bu barədə məlumat yayıb.

Bildirilib ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.

İbtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. 

"Ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir", - deyə nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO