Şəhid Orxan Ömərovun anım mərasimi keçirildi

Şəhid Orxan Ömərovun anım mərasimi keçirildi

Hazırda oxunan: Şəhid Orxan Ömərovun anım mərasimi keçirildi

45570

Qubanın Qonaqkənd kəndində Vətən Müharibəsində Şuşa döyüşlərində şəhid olmuş DİN-nin Daxili Qoşunlarının çavuşu Orxan Ömərovun şəhadətinin ildönümü ehtiramla yad edilib.

Bizim.Media xəbər verir ki, mərasiminə qatılan DİN-nin idarə rəisi, general-mayor Əbülfət Rzayev şəhidin ailə üzvlərinə başsağlığı verərək Orxan Ömərovun noyabrın 7-də Şuşa döyüşlərində qəhrəmancasına şəhid olduğunu deyib.

Çavuş Ömərov noyabrın 11-də Qonaqkənd kənd məzarlığında torpağa tapşırılıb.

Anım mərasimində keçmiş döyüşçülər, qazilər, Quba İH-nin nümayəndələri, Quba polis şöbəsinin rəhbərliyi iştirak edib. 

29 yaşında şəhidlik zirvəsinə ucalan Orxan subay idi. Ölümündən sonra çavuş Veysov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə döyüş medalına layiq görülüb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO