Bakı şəhər Dövlət Yol Polis İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edib.
İdarədən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkat iştirakçıları üçün təhlükəli vəziyyət yaradır:
MÖVZU İLƏ BAĞLI:
DİQQƏT - Yol polisindən vacib XƏBƏRDARLIQ
"Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə son dərəcə ehtiyyatlı olmalarını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl etmələrini, avtomobillərini hündür mərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyyə edirik.
Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmalarını xahiş edirik".
Həmçinin məlumatda qeyd edilib ki, velosiped, moped, motosiklet tipli nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyyə olunur.
Bizim.Media