“Kommersant” NƏŞRİ: “Qarabağ azərbaycanlılar üçün Qüds deməkdir”

“Kommersant” NƏŞRİ: “Qarabağ azərbaycanlılar üçün Qüds deməkdir”

Hazırda oxunan: “Kommersant” NƏŞRİ: “Qarabağ azərbaycanlılar üçün Qüds deməkdir”

0:00
0:00
45431

“Azərbaycanla Ermənistan arasındakı hazırkı razılaşmalara ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə illər öncə qan tökmədən nail olmaq mümkün idi”.

Bizim.Media xəbər verir ki, bu fikirlər britaniyalı jurnalist, Qafqaz üzrə ekspert Tomas de Vaal Rusiyanın “Kommersant” nəşrinə müsahibəsi zamanı deyib. 

Tomas de Vaal II Qarabağ savaşında 2 mühüm nüansı qabardıb:

“Müharibədə iki mühüm məqam var. Birincisi odur ki, müharibə ancaq Qarabağ yox, həqiqətən də Azərbaycan torpaqları uğrunda olub. Azərbaycan rayonların itirilməsi ilə barışa bilmədi. Çətin olsa da, Gürcüstan Abxaziyasız, Moldova Dnestryanı zonasız yaşaya bilər. Amma abxazlar sərhəddəki Zuqididi şəhərini, dnestryanıçılar da Moldovanın sağ sahilini tutmayıblar. Qarabağdakı situasiya dözülməz idi. Ermənilər Ağdam və Füzuli kimi boş əraziləri daim əldə saxlaya bilməzdilər. İkincisi, bu, milli kimlik məsələsidir. Qarabağ Azərbaycanın milli quruculuğunun bünövrəsidir. Elə böyük ərazi olmasa da, azərbaycanlılar üçün ora Qüds deməkdir”.

Müsahibəsində o bir daha vurğulayıb ki, konflikti 25 il əvvəl həll etməyə çalışmaq lazım idi:

“Çünki SSRİ yeni dağılmışdı və xalqlar arasında sovet ittifaqında qurulan isti münasibətlər hələ soyumamışdı. Yaxşı olardı ki, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına o vaxt qayıdaydılar. İndi tamamilə fərqli bir Cənubi Qafqaz olacaqdı. 25 il sadəcə itirildi. Münaqişənin təkrarlanmaması üçün isə resept yoxdur. Sadəcə bunun üçün normal cəmiyyətlər yaradılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO