Kəndlərdən rayon mərkəzlərinə niyə AVTOBUS işləmir? – Rəsmi qurumdan ABSURD CAVAB

Kəndlərdən rayon mərkəzlərinə niyə AVTOBUS işləmir? – Rəsmi qurumdan ABSURD CAVAB

Hazırda oxunan: Kəndlərdən rayon mərkəzlərinə niyə AVTOBUS işləmir? – Rəsmi qurumdan ABSURD CAVAB

45407

Azərbaycanda bu gün ictimai nəqliyyatın əsas problemlərindən biri də bəzi rayon mərkəzləri ilə bütün kəndləri birləşdirən marşurut xətlərinin olmamasıdır. Halbuki Sovet dönəmində rayon mərkəzlərindən bütün kəndlərə ictimai nəqliyyat fəaliyyət göstərirdi. Elə kəndlər var ki, ərazi olaraq böyükdür və oradan rayon mərkəzinə sərnişin axını çoxdur. Sərnişindaşıma üçün həmin ərazilərdə avtobusun olmaması kənd sakinlərinin işini daha da çətinləşdirib. 

Söhbət Ucarın Qazyan, Boyat, Siyəzənin Böyük Həmyə və Xaçmazın Qaracik-Zeyid kəndlərindən gedir. 

Kənd sakinlərindən Bizim.Media-ya verilən məlumata görə rayon mərkəzinə getmələri üçün illərdir ki, taksi fəaliyyətindən istifadə etmək məcburiyyətində qalıblar.
 

MÖVZU İLƏ BAĞLI:

BNA: Şikayətlərə görə 10-a yaxın marşrut xəttinə xəbərdarlıq edilib


Bəzən saatlarla taksi gözləməli olurlar. Bu azmış kimi xidmət haqqı da bahadır. Bir sərnişin getdiyi məsafədən asılı olmayaraq 3-4 manat müqabilində xidmət haqqı ödəməli olur. Bu isə onların cibinə uyğun deyil. 

Xatırlatmaq yerinə düşər ki, bu sadəcə olaraq bizə olunan müraciətlərə əsasən çıxarılmış siyahıdır. Əslində hazırda bu problem ölkənin əksəriyyət rayon və kəndlərində aktualdır. Hətta elə rayonlar var ki, onların heç öz aralarında da marşurut xətləri fəaliyyət göstərmir. Rəsmi qrumlar isə bu problemi ya öyrənmir, ya da vəziyyətdən çıxış yolu axtarmaqda maraqlı deyillər.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəsmisi Günay Əliyeva Bizim.Media-ya açıqlamasında problemli sərnişin sıxlığı ilə əlaqələndirib.

Onun sözlərinə görə rayon mərkəzlərini bütün kəndlərlə birləşdirən marşurut xəttinin olması mümkünsüzdür:

“Elə kəndlər var ki, rayon mərkəzinə məsafəsi çox qısadır. Qısa məsafəyə görə də kənddən mərkəzə xüsusi marşurut xəttinin açılmasına, yaxud əlavə avtobusun verilməsinə ehtiyac yaranmır: “Araşdırmışıq ki, maksimum bir rayonun daxilindəki bir kənddən 4-5 sərnişin mərkəzə getmək istəyir. Yəni sözügedən məsələ birbaşa sərnişin sıxlığından da asılıdır. Həm də balansımızda avtobus yoxdur. Biz daşıyıcı şirkətlərlə işləyirik. Xüsusi balansımızda avtobus olmadığı üçün hər istiqamət üzrə marşurut xətti aça bilmirik”. 

Günay Əliyeva Ucarın Qazyan kəndində əvvəl marşurut xətti olduğunu və sonradan ehtiyac yaranmadığı üçün həmin marşurut xəttinin bağlandığını xatırladıb:

“Həmin kənddə taksi fəaliyyətinin xidmətindən istifadə edən sərnişinlərin sayı çox olduğu üçün avtobusa gərək qalmayıb. Regional mərkəzlər də o əsaslandırmanı gətirirlər ki, kəndlərdə avtobusdan istifadə geniş yayılmadığı üçün vaxtilə fəaliyyət göstərən marşurut xəttləri bağlanıb”.

Qurum rəsmisi onu da əlavə edib ki, qeyd edilən kəndlərdən rayon mərkəzlərinə sərnişin sıxlığı çoxalarsa, gələcəkdə avtobus açılması üçün səbəb yarana bilər. Hazırda isə 4-5 srnişinə və qısa məsafəyə görə əlavə xətt açılması nəzərdə tutulmur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO