Yeni doğulan uşaqlara ən çox hansı ADLAR VERİLİR? – Yeni STATİSTİKA 

Yeni doğulan uşaqlara ən çox hansı ADLAR VERİLİR? – Yeni STATİSTİKA 

Hazırda oxunan: Yeni doğulan uşaqlara ən çox hansı ADLAR VERİLİR? – Yeni STATİSTİKA 

45379

Bu il Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə 2021-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif və Hüseyn adları qoyulub. Bu adlar 1277 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Əli (1339) və Uğur (1219) tutub.  

Bu il qız uşaqlarına ən çox Zəhra (1361) adı verilib. Doğulan qızlara ən çox qoyulan digər adlar Zeynəb (1057), Məryəm (1011), Aylin (982), Fatimə (961) və Nuray (789) olub. 

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Yusif və Zəhra adları verilib. Beş ildə 11 min 191 uşağa Yusif, 11 min 190 qız uşağına isə Zəhra adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO