Şabalıd yükünün içindən pirotexniki vasitələr çıxdı

Şabalıd yükünün içindən pirotexniki vasitələr çıxdı

Hazırda oxunan: Şabalıd yükünün içindən pirotexniki vasitələr çıxdı

4537

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə şabalıd yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault" markalı, 90 UN 576 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan şabalıd yükünün içərisində müxtəlif markalı pirotexniki vasitələr - 264228 ədəd petarda və 4281 ədəd fişəng aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO