Ötən gün Bakıda özünü qazi kimi təqdim edən şəxslə yol polisi arasında mübahisəni əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər veriri ki, yol polis hərbi geyimli sürücüdən avtomobili ərazidən çıxarmasını tələb etsə də, qarşı tərəf bununa əməl etməyib.
Baş verənlərlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlama verib.
O qeyd edib ki, həmin sürücü qazi olsa belə, polisin qanuni tələblərini yerinə yetirməli idi:
"Demişəm, araşdırma aparsınlar. Bu məsələ ilə bütün ictimaiyyət maraqlanır. Dünən elə bu geyimdə xeyli yol-nəqliyyat hadisəsi baş verib. Hərbi formada olanların bəziləri ilə belə mübahisələr olub. Qaziyə yaraşmayan hərəkətlər olmaz. Qazi paltarını geyinən, gərək tələblərə uyğun hərəkət eləsin”, - deyə V.Əsədov bildirib.
Bizim.Media