Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə yazdığı təbrikə şeirlə cavab verib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı diplomat Tvitter səhifəsində belə yazıb:
“Təşəkkürlər, qardaşım, Mövlud Cavusoglu.
Bir ananın iki oğlu,
Bir amalın iki qolu
O da Ulu, bu da Ulu
Azərbaycan - Türkiyə!
Bir Millət, İki Dövlət”.
Xatırladaq ki, türkiyəli nazir də təbrikini şeirlə yazmışdı:
“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Üç rəngli bayrağınla çox yaşa Can Azərbaycan!”, - deyə Türkiyənin xarici işlər naziri Azərbaycan xalqını təbrik etmişdi.
Bizim.Media
Təşəkkürlər, qardaşım @MevlutCavusoglu!
— Jeyhun Bayramov (@bayramov_jeyhun) November 9, 2021
“Bir ananın iki oğlu,
Bir amalın iki qolu
O da Ulu, bu da Ulu
#Azərbaycan ?? - #Türkiyə ??!”#BirMillətİkiDövlət //t.co/x7sh0mymz0