BDU-nun 2 müəllimi vəfat etdi - FOTO

BDU-nun 2 müəllimi vəfat etdi - FOTO

Hazırda oxunan: BDU-nun 2 müəllimi vəfat etdi - FOTO

45274

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

Universitetdən Bizim.Media-ya verilən məlumata görə, 72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
 

2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub. Müxtəlif illərdə bir çox beynəlxalq elmi konfranslarda iştirak edib.


Həmçinin Universitetin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev də vəfat edib.

O, 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb. 75 yaşında dünyasını dəyişən Aşur Əliyev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO