Şuşada ölümlə üz-üzə - “Əlimizdə silah da olurdu” – Filmin rejissorundan qorxulu anların TƏFƏRRÜATI

Şuşada ölümlə üz-üzə - “Əlimizdə silah da olurdu” – Filmin rejissorundan qorxulu anların TƏFƏRRÜATI

Hazırda oxunan: Şuşada ölümlə üz-üzə - “Əlimizdə silah da olurdu” – Filmin rejissorundan qorxulu anların TƏFƏRRÜATI

45266

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi təqdim olunub. Şuşa şəhərinin düşməndən azad edilməsi ilə bağlı bəzi məqamlar ilk dəfə bu filmdə açıqlanıb.

Filmin rejissoru Cavidan Şərifov Bizim.Media-ya açıqlamasında sənədli filmin bilinməyən tərəflərindən söz açıb:

“II Qarabağ savaşı başlayanda Bakı Media Mərkəzinin daxilində bir qrup yaradıldı. Həmin qrupla ötən ilin noyabrında Şuşaya yollandıq. İstəyirdik ki, əsgərlərmizə yaxın olaq, onların döyüş yolunu çəkək və millətimizə nümayiş etdirə bilək. Azad olunan bütün rayonlarımızda çəkilişlər etdik.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşa, sən azadsan!” filmi əks-səda yaratdı - TƏƏSÜRATLAR


Son nöqtəmiz Şuşa oldu. Şuşaya daxil olanda ilk gördüyüm mənzərə xüsusi təyinatlıların əsgər və zabitləri idi. Dərin bir hiss keçirdim, ifadə etmək mümkün deyil. Hərbçilərimizin döyüş yolunu və keçirdikləri əməliyyatları lentə aldıq”. 

Rejissorun sözlərinə görə Şuşanın hansı vəziyyətə düşdüyünü qismən də olsa da lentə almağa çalışıblar:

“Çəkilişlər bitəndən sonra Bakıya döndük və kadrlarımıza baxdılar. Bakı Media Mərkəzindən kadrların sənədləşdirilməsinin lazım olduğu bildirildi. İlk çəkiliş qrupu idik ki, Şuşaya girmişdik. Bizdən əvvəl orada çəkiliş aparılmamışdı. 7-8 gün Şuşada qala bildik.
 

Orada olmağımızın hər günü təhlükə idi. Bilirsiz ki, müharibədən sonra hətta sivil insanlarımız minaya düşürdülər. Orada insanın başına hər bir şey gələ bilərdi. Bəzən əlimizdə silah da olurdu. Təbii ki, Şuşaya gedəndə bunları düşünüb getməmişdik.


Bu, bizim şərəf işimiz oldu. Əsas məqsəd qardaşlarımızın şücaətini göstərmək idi. Sənədli film də artıq üzə çıxıb və ümid edirəm ki, xalqımız öz qiymətini verəcək”. 

Cavidan Şərifov Zəngilan, Qubadlı, Hadrut, Tuğ, Cəbrayıl və digər ərazilərdə xeyli çəkilişlər etdiklərini də deyib. O, hazırda açıqlanmasını istəməyən bir ssenari üzərində işlənildiyini qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO