Hulusi Akar Bakıda göz yaşlarını saxlaya bilmədi - SƏBƏB - VİDEO

Hulusi Akar Bakıda göz yaşlarını saxlaya bilmədi - SƏBƏB - VİDEO

Hazırda oxunan: Hulusi Akar Bakıda göz yaşlarını saxlaya bilmədi - SƏBƏB - VİDEO

45262

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevlə bağlı xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, nazir vaxtilə mərhum V.Məmiyevlə həmsöhbət olduğunu bildirib.

"O, mənə Azərbaycana məxsus torpaqları xilas edəcəyinə söz verdi", - H.Akar vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akardan ünvanlı MESAJ: “Türkiyə Azərbaycan üçün bütün imkanlarını səfərbər etməyə hazırdır” - VİDEO


H.Akar bu zaman kövrəlib və göz yaşlarını saxlaya bilməyib:

“Bu oğlumuzla təlim zamanı söhbət etdik. “Bu təlimlər, uğurlar əhəmiyyətlidir, ancaq əsil uğur işğal altındakı torpaqların azad edilməsidir” dedik. Bu övladımızın hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl elədim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir”.

Türkiyənin müdafiə naziri şəhid ailələrinə başsağlığı verib, qazilərə şəfa diləyib:

"Şəhidlərimizin və qazilərimizin ailələrini heç bir halda əziyyət çəkməməsi üçün biz Türkiyə, sizlər burada Azərbaycan olaraq hər cür fədakalrıq göstərdik və bu istiqamətdə fəaliyyətimiz davam edir.
 

Şəhidlər və qazilər başımızın tacıdır. Onların ailələrinin rahat və huzurlu olması bizim üçün çox əhəmiyyətlidir. Onlara hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunu əksinin edənlər mütləq millətimizin qəlbində mühakimə olunacaq”.


H.Akar çıxışının sonunda “Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əbədi qardaşlığı!” şüarını söyləyib (Report).

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO