Hulusi Akardan ünvanlı MESAJ: “Türkiyə Azərbaycan üçün bütün imkanlarını səfərbər etməyə hazırdır” - VİDEO

Hulusi Akardan ünvanlı MESAJ: “Türkiyə Azərbaycan üçün bütün imkanlarını səfərbər etməyə hazırdır” - VİDEO

Hazırda oxunan: Hulusi Akardan ünvanlı MESAJ: “Türkiyə Azərbaycan üçün bütün imkanlarını səfərbər etməyə hazırdır” - VİDEO

45236

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti Şuşada Hulusi Akarla görüşdü - FOTO/VİDEO


Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
 

Türkiyənin Milli Müdafiə naziri cənab H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb.


Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO