Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Hazırda oxunan: Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

45225

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Bizim.Media xatırladır ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib.

Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
 

Bu tarixdən etibarən Bayraq günü Azərbaycan ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha da təmtəraqla keçirilir.


Xatırladaq ki, 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul edilib.

1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verilib.

1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar çıxarılıb. 

ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə olub. Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyib:

“Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi budur”.
 

Yeri gəlmişkən, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 


Dövlət Bayrağı Günü bu il ilk dəfədir ki, işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO