Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - ZƏFƏR GÜNÜ - VİDEO

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - ZƏFƏR GÜNÜ - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - ZƏFƏR GÜNÜ - VİDEO

45189

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət edilib, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, Dövlət himni ifa olunub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Azərbaycan Bayrağı ilə şəhər küçələrində yürüş edib, Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında tədbirlər zamanı ətraflı söhbətlər aparılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO