Hulusi Akar Bakıda Zəfər günü münasibətilə konsertdə iştirak etdi – FOTO-VİDEO 

Hulusi Akar Bakıda Zəfər günü münasibətilə konsertdə iştirak etdi – FOTO-VİDEO 

Hazırda oxunan: Hulusi Akar Bakıda Zəfər günü münasibətilə konsertdə iştirak etdi – FOTO-VİDEO 

45114

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, konsert proqramını Azərbaycan və Türkiyənin müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun növü komandanları və digər hərbi rəhbərləri, o cümlədən hərbi qulluqçuların və şəhidlərin ailə üzvləri, qazilər izləyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan türkün gücünü bütün dünyaya nümayiş etdirdi” – HULUSİ AKAR


Əvvəlcə Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

General-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə öz təşəkkürünü bildirib.

Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.
 

Hulusi Akar isə çıxışında xalqımızı bayram münasibətilə təbrik edərək, şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlərin və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.


Sonra Türkiyənin Mehteran Birliyi tərəfindən hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO