Bakıda ZƏFƏR YÜRÜŞÜ - VİDEO

Bakıda ZƏFƏR YÜRÜŞÜ - VİDEO

Hazırda oxunan: Bakıda ZƏFƏR YÜRÜŞÜ - VİDEO

45103

Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçirilir.

Bizim.Media xəbər verir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən "Ağ şəhər" bulvarınadək davam edəcək.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.

"Ağ şəhər" bulvarınadək davam edən yürüş flaşmobla başa çatacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO