Bu gün Xaçmazın Qusarçay kəndində "Şəhid bulağı"nın açılışı olub.
Bizim.Media xəbər verir ki, şəhid bulağı Qusarçay kəndinin Birinci Qarabağ müharibəsində və Vətən savaşında verdiyi 9 şəhidin xatirəsinə ithaf edilib.
Xatirə bulağında Birinci Qarabağ müharibəsi şəhidləri Faiq Əliyev, Müsənnif Müzəffərov,Teymur İbrahimov, Əlif Muradov, Əlfəddin Mursaqulov, Hümmət Zülfüqarov, Vətən Müharibəsi şəhidləri Vüqar Sadıqov, Elsevər Əliyev və Xəqani Əsgərovun adları əbədiləşdirilib.
Açılış mərasimində iştirak edən Xaçmazın icra başçısı Elnur Rzayev şəhid bulağının ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə minnətdarlıq edib.
Rayon rəhbəri çıxışında Azərbaycan xalqının Vətən Müharibəsində qazandığı tarixi qələbədə Xaçmaz oğullarının da rəşadətlə vuruşaraq şəhid olmalarını xüsusi vurğulayıb. Sonda o, mərasimə qatılan şəhid valideynlərilə görüşüb.
Qeyd edək ki, bulaq xeyriyyəçi Xanlar Eldarovun maliyyə dəstəyi ilə inşa edilib.
Aytəkin Alxaslı, Bizim.Media