Postmüharibə dövründə 33 min şəxsə sosial dəstək göstərilib - DETALLAR

Postmüharibə dövründə 33 min şəxsə sosial dəstək göstərilib - DETALLAR

Hazırda oxunan: Postmüharibə dövründə 33 min şəxsə sosial dəstək göstərilib - DETALLAR

44983

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu işlər çərçivəsində artıq 33 min şəxs müxtəlif istiqamətlərdə sosial dəstəklə təmin edilib, onlara 40 mindən çox xidmət göstərilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əlillik və sosial ödənişlər təyin edilən qazilərin sayı AÇIQLANDI


Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb: şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb.

Eyni zamanda, yeni təqaüd növü təsis edilməklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.

2021-ci ilin ötən dövründə daha 150 müharibə əlili, ümumilikdə ötən dövrdə 7350 müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunub.
 

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib.


Son illərdə müasir tələblərə uyğun qurulan reabilitasiya müəssisələri qazilərimizin keyfiyyətli xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. Həmin müəssisələrdə son bir ildə 1650 qaziyə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO