Zəfər Günü münasibətilə hərbi hissədə tədbir keçirildi - FOTO

Zəfər Günü münasibətilə hərbi hissədə tədbir keçirildi - FOTO

Hazırda oxunan: Zəfər Günü münasibətilə hərbi hissədə tədbir keçirildi - FOTO

44927

Noyabrın 6-da N hərbi hissəsində Zəfər Günü münasibətilə tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub. 
 

Ümummilli liderimizin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Müdafiə Nazirliyi və ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışılıb.
 

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Sonra hərbi hissənin şəhid hərbi qulluqçularının əziz xatirəsinə salınmış memorial kompleksin açılışı baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO