Sürücülərin NƏZƏRİNƏ: Noyabrın 8-i saat 07:00-dan etibarən…

Sürücülərin NƏZƏRİNƏ: Noyabrın 8-i saat 07:00-dan etibarən…

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Noyabrın 8-i saat 07:00-dan etibarən…

44922

8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə piyadalarla bağlı XƏBƏRDARLIQ 


Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub: 

“Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. 

Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub”.


Qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır. Vətəndaşlardan şəxsi minik vasitələrindən istifadə etməmək xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO