Bakıdan İstanbula uçan təyyarə güclü dumana düşdü - HADİSƏ

Bakıdan İstanbula uçan təyyarə güclü dumana düşdü - HADİSƏ

Hazırda oxunan: Bakıdan İstanbula uçan təyyarə güclü dumana düşdü - HADİSƏ

44892

Bakıdan İstanbula uçan təyyarə güclü dumana görə başqa aeroporta enib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən şəhərin yeni hava limanına enib.

Bizim.Media xəbər verir ki, məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib.

Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO