Bakıya gəlmək istəyən koronavirus xəstəsi saxlanıldı

Bakıya gəlmək istəyən koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: Bakıya gəlmək istəyən koronavirus xəstəsi saxlanıldı

4488

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və evdə müalicə alan koronavirus xəstələri yoxlanılan zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.

Bizim.Media-ya DİN-dən verilən məlumata əsasən, T.Əhmədovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb. Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.

İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan T.Əhmədov barəsində Ağdaş Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO