Nazirlər kabinetindən Qarabağla bağlı yeni QƏRAR - FOTO

Nazirlər kabinetindən Qarabağla bağlı yeni QƏRAR - FOTO

Hazırda oxunan: Nazirlər kabinetindən Qarabağla bağlı yeni QƏRAR - FOTO

44866

Nazirlər kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarına dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı təsdiq edilib.

Həmin malların istifadəsini Nazirlər Kabinetinin Aparatı təsdiq edəcək.

Bu qərar 15 oktyabr 2021-ci il tarixindən tətbiq edilir və 5 il müddətində qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO