Fərid Qayıbovun oktyabr qeydləri -

Fərid Qayıbovun oktyabr qeydləri - "Geri sayım başladı" - FOTO

Hazırda oxunan: Fərid Qayıbovun oktyabr qeydləri - "Geri sayım başladı" - FOTO

44864

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytı Fərid Qayıbovun oktyabr ayındakı fəaliyyətindən bəhs edən qeydlərini yayımlayıb.

Bizim.Media xəbər verir ki, “Nazirin Nöqteyi-Nəzəri”nin ikinci yazısı "Gələcəyə baxmaq" başlığı ilə paylaşılıb.

Nazir oktyabr ayının kifayət qədər intensiv, dolğun olduğunu, həm idman, həm də gənclər sahəsində mövcud vəziyyətin təhlili və planlaşdırılması üçün ardıcıl işlər aparıldığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Qayıbov Gənclər Fondunun işi ilə tanış oldu - FOTO


F. Qayıbov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıqları əlamətdar olub. 6 müxtəlif idman növü üzrə eyni vaxtda məşqləri mümkün edən bu arena yerli və xarici gimnastların təlim və məşqləri üçün unikal imkanlar yaradır.
 

“Növbəti Yay Olimpiya Oyunlarına qalan vaxtda geri sayım başlayıb, ciddi hazırlıq üçün az vaxt qalır. Taekvondo, velosiped, voleybol federasiyalarının rəhbərliyi və idmançıları ilə görüşdüm. Bu görüşlər tanışlıqla yanaşı, həm də daha dərin məzmun daşıyır.


Gənclərlə görüşlərim, regionlara səfərim oldu. Ölkənin cənub bölgəsində Astara, Cəlilabad, Masallı, Lənkəran və Biləsuvarda mövcud idman və gənclər infrastrukturuna baxış keçirdik. Düşünürəm ki, bu qurumların idarəedilməsinə yeni baxış və yanaşma tətbiq edilməlidir”, - deyə nazir vurğulayıb.

Vətən müharibəsinin birinci ildönümünü qeyd etdiyimiz bu ay ərzində Gənclər və İdman Nazirliyi bir neçə yeni layihə həyata keçirib, 9 noyabrda isə Bakı Dənizkanarı Bulvarında “Zəfər günü”nə həsr edilmiş “Qürurla irəli!” şüarı ilə kütləvi qaçış və bayram tədbirləri təşkil ediləcək.
 

Gənclər və idman naziri oktyabrda bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, BMT-nin Uşaq Fondu (UNICEF), GUAM, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərləri ilə görüşüb. 


Fərid Qayıbov qeydlərini bu sözlərlə yekunlaşdırıb: “Görüləcək işlər çoxdur. Effektivliyi təmin etmək üçün nəticəyə əsaslanan, bütün qüvvələrdən səmərəli istifadə edən, gələcəyə ünvanlanan addımlar atmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO