DTX qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı

DTX qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı

Hazırda oxunan: DTX qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı

4483

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmışdır.

Bizim.Media-ya DTX-dan verilən məlumata görə,1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin  şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilmişdir.

Hazırda araşdırmalar davam edir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO