Sumqayıtda kişi qayınanasını döydü, arvadının üzünü yandırdı

Sumqayıtda kişi qayınanasını döydü, arvadının üzünü yandırdı

Hazırda oxunan: Sumqayıtda kişi qayınanasını döydü, arvadının üzünü yandırdı

44820

Sumqayıtda 41 yaşlı kişi qayınanasını döyüb, həyat yoldaşının üzərinə sulfat turşusu atıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib. Qəsəbə sakini 41 yaşlı Teymur Heydərli ailə münaqişəsi zəminində qaynanası 1969-cu il təvəllüdlü Sədaqət Rüstəmovanı döyərək ona xəsarətlər yetirib.

T.Heydərli həyat yoldaşı 1994-cü il təvəllüdlü Nərmin Heydərovaya da ağır bədən xəsarətləri yetirib, üzərinə sulfat turşusu atıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gəlinini öldürən qayınatadan DƏHŞƏTLİ ETİRAF: “Burnunu kəsib, gözlərini çıxartdım...” 


Hər iki şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 52 yaşlı S. Rüstəmovaya qapalı beyin travması, beyin silkələnməsi diaqnozu, N. Heydərovaya isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsi və sinə nahiyəsi 1 və 2-ci dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub.

Bədəninin 20 faizi yanan 27 yaşlı qadının vəziyyəti ağırlaşdığından o, Bakı Yanıq Mərkəzinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO