YAP-dan həbs edilən Aytac Əliyeva ilə bağlı AÇIQLAMA

YAP-dan həbs edilən Aytac Əliyeva ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: YAP-dan həbs edilən Aytac Əliyeva ilə bağlı AÇIQLAMA

44805

"Bu il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın strukturları, o cümlədən Gənclər Birliyi yenidən formalaşdırılıb".

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinə münasibət bildirilib.

Bizim.Media xəbər verir ki, YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev sözügedən xanımın YAP-da heç bir vəzifə tutmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Həbs edilən məşhur YAP-çı xanımdan YENİ XƏBƏR


"Bu il martın 5-də YAP-ın VII qurultayında partiyanın strukturları, o cümlədən Gənclər Birliyi yenidən formalaşdırılıb. Sözügedən xanım Gənclər Birliyinin 30 nəfərdən ibarət tərkibində yer almayıb. Bu tərkiblə YAP-in saytında tanış olmaq olar”.

Qeyd edək ki, Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinir.

Hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO