AZAL bu ölkəyə xüsusi reyslər açdı – Uçuş üçün icazəniz olmalıdır

AZAL bu ölkəyə xüsusi reyslər açdı – Uçuş üçün icazəniz olmalıdır

Hazırda oxunan: AZAL bu ölkəyə xüsusi reyslər açdı – Uçuş üçün icazəniz olmalıdır

44800

“Azərbaycan Hava Yolları” (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər həyata keçirəcək.

Bizim.Media xəbər verir ki, uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri “Airbus A319 “ və “Airbus A320” təyyarələri ilə baş tutacaq. 

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Ermənistan üzərindən uçuşlara başladı - FOTO


Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO