Barəsində cinayət işi açılan gizir DANIŞDI

Barəsində cinayət işi açılan gizir DANIŞDI

Hazırda oxunan: Barəsində cinayət işi açılan gizir DANIŞDI

44784

Baş Prokurorluq hərbçinin zorakılığa məruz qalması iddialarına münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.

 


Həmin videomüraciətlə əlaqədar bildiririk ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO