Amnistiyaya düşən insanların sayı 156 min nəfərə çatdı – HUMANİZMİN TARİXİ

Amnistiyaya düşən insanların sayı 156 min nəfərə çatdı – HUMANİZMİN TARİXİ

Hazırda oxunan: Amnistiyaya düşən insanların sayı 156 min nəfərə çatdı – HUMANİZMİN TARİXİ

44762

Bu gün Milli Məclisdə növbəti Amnistiya Aktı müzakirə edilərək qəbul olundu. Bununla da müstəqillik illərində Azərbaycanda 13-cü Amnistiya Aktının icrasına razılıq verilmiş oldu.

Xatırladaq ki, müstəqillikdən indiyədək qəbul olunmuş 12 amnistiya aktı nəticəsində 140 minə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Bu dəfəki, 1991-ci ildən bu yana qəbul olunmuş 13-cü amnistiya aktının isə ümumilikdə 15-16 min çox insanın şamil ediləcəyi nəzərdə tutulub.  

Bizim.Media xəbər verir ki, sonuncu amnistiya aktı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Amnistiyaya düşəcək şəxslərin sayı açıqlandı - RƏSMİ


Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. 

Əfv və amnistiya təsisatları Ulu Öndər Heydər Əliyevin dövründə yaradılıb. 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib (7 amnistiya aktı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Milli Məclis tərəfindən 22 may 1996-cı il, 17 oktyabr 1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci il və 6 may 2003-cü il tarixlərində qəbul edilib):

Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməyən hissəsindən azad olunub.

Ümumilli liderin imzaladığı əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. 
​​​​​​​


Bu siyasət Prezident İlham Əliyevin də dövründə davam etdirilir. Ölkə başçısının imzaladığı əfv sərəncamları çoxsaylı cəza çəkəni azadlığa qovuşdurub. 


Ulu öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir.

Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə 2007-ci ildə ulu öndərin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilib. Bundan başqa, 28 May – Respublika günü (2021-ci ildən Müstəqillik Günüdür) münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. 

Bir daha xatırladaq ki, artıq Milli Məclis 13-cü amnistiya aktını müzakirəyə çıxarıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO