Bu həftə 50 xəstəxanada COVID-19 peyvəndi vurulacaq

Bu həftə 50 xəstəxanada COVID-19 peyvəndi vurulacaq

Hazırda oxunan: Bu həftə 50 xəstəxanada COVID-19 peyvəndi vurulacaq

4473

Böyük Britaniyada çərşənbə axşamı 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq.

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyi bu həftə başlayacaq COVID-19 peyvəndinin istifadəsini ölkə tarixinin ən əhatəli peyvənd tətbiqi olaraq tarixə düşəcəyini qeyd edib.

Peyvənd ilk növbədə səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq. Bu həftə istifadəyə veriləcək peyvənd dozaları soyuducu qabların köməyi ilə Belçikadan krallığa gətirilib.

Peyvəndin mənfi 70 dərəcədə saxlanılması lazımdır. Bu səbəbdən peyvənd əvvəlcə xüsusi şərtlər təmin edə biləcək 50 xəstəxanada istifadə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO