Qızıl axtarmaq niyyəti ilə Şəkidəki Pir Baba ziyarətgahını qazan şəxs TUTULDU – ÖZƏL - VİDEO

Qızıl axtarmaq niyyəti ilə Şəkidəki Pir Baba ziyarətgahını qazan şəxs TUTULDU – ÖZƏL - VİDEO

Hazırda oxunan: Qızıl axtarmaq niyyəti ilə Şəkidəki Pir Baba ziyarətgahını qazan şəxs TUTULDU – ÖZƏL - VİDEO

44719

Şəkinin Cumakənd kəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qızıl axtarışı ilə bağlı qanunsuz qazıntı işlərinin aparıldığını xəbər vermişdik. Redaksiyamıza daxil olan bununla bağlı videogörüntünü də ictimailəşdirmişdik. Görüntülərdə türbənin sahibinin qəbrinin yandan qazıldığı, daha sonra naməlum səbəbdən qazılan çalanın doldurulduğu əks olunub. 

Kənd sakinlərinin iddiasına görə icra nümayəndəsi ilə ziyarətgahın nəzarətçisi əlbir olaraq ərazidə qazıntı aparıblar. İddiaya görə prosesə yerli polislər də qoşulub.

Hərçənd ki, saytımıza açıqlamasında Şəkinin Cumakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mustafa Əliyev deyilənlərin əsassız olduğunu, sadəcə ziyarətgahda abadlıq işlərinin aparıldığını bildirmişdi. 

Qeyd edək ki, qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı 10 gün əvvəl Daxili İşlər Nazirliyinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəsmi sorğu ünvanlamışdıq. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi sorğumuzu indiyədək cavablandırmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidəki Pir Baba ziyarətgahında nə baş verir? – VİDEOFAKT

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Gəncə şəhər sakini olan qadın Namiq adlı şəxsin onu aldadaraq 57 300 manat pulunu ələ keçirməsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edib və barəsində qanuni tədbir görülməsini xahiş edib:

“Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qadına qarşı dələduzluq edən şəxsin Sumqayıt şəhər sakini Namiq Şahmalıyev olduğu müəyyən edilib. 

Araşdırma zamanı məlum olub ki, Şəki rayonu Cumakənd kəndi ərazisində yerləşən ziyarətgahda abadlıq işləri ilə məşğul olan Namiq Şahmalıyev guya orada xəzinə olduğunu qadına bildirib  və həmin xəzinəni əldə edəcəyi təqdirdə qazancının bir hissəsini ona verəcəyini vəd edib. 2020-ci ilin dekabrından 2021-ci ilin fevral ayınadək olan müddət ərzində bu kimi vədlərlə qadının ümumilikdə 57 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( Dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”, - deyə Mahir Məsimov qeyd edib. 


Araşdırmamız nəticəsində məlum olub ki, Namiq Şahmalıyev 3 il əvvəl də Bakı şəhər sakini Sahil Abuşov və İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hosseinlə əlbir olaraq Şəki rayonunun Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədilə qanunsuz qazıntı işləri aparıb.

Bundan əlavə Namiq Şahmalıyev 2011-ci ildə də dələduzluğa görə məsuliyyətə cəlb olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ildə azad olunub.

“Babaratma” Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, ziyarətgahdakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir. Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. “Babarta” “Baba ribat” sözünün təhrif olunmuş şəklidir.

Ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur.



Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO